COP29 | Almaniyanı xarici işlər naziri təmsil edəcək

  COP29 |  Almaniyanı xarici işlər naziri təmsil edəcək
  10 Noyabr 2024    Oxunub:649
Bakıda keçiriləcək COP29 konfransında Almaniyanı xarici işlər naziri Annalena Berbok təmsil edəcək.
Bu barədə Almaniyanın Bakıdakı səfiri Ralf Horlemann məlumat verib. Səfirin sözlərinə görə, Almaniya Xarici İşlər Nazirliyinin beynəlxalq iqlim fəaliyyəti üzrə xüsusi nümayəndəsi Cennifer Morqan ölkə nümayəndə heyətindədir.

" Morqan Almaniyanın baş müzakirəçisi olaraq iqlim böhranının həlli üçün COP29-da iştirak edəcək. Xarici işlər naziri Berbok və Almaniya hökumətinin digər yüksək vəzifəli nümayəndələri konfransa yaxın iki həftə ərzində qatılacaq," - o, X səhifəsində qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti